Cümə, 17 May

Namiq Qaraçuxurlunu aldatdılar: "Bu, dələduzluqdur..."

image

Meyxanaçı-müğənni Namiq Qaraçuxurlu dələduzluqla üzləşdiyini iddia edib.

Belə ki, onlayn fəaliyyət göstərən səhifələrdən biri onu aldadıb.

"Bu səhifə guya mal sifarişi ilə məşğuldur. Əslində isə işi dələduzluqdur. Mal sifariş edirsən, pul kartına oturur, adam yoxa çıxır. Azərbaycanda bu səhifənin qurbanı olan, içi mən qarışıq çox insanlar var. Başqasının da zərər görməməsi üçün birləşib, bu səhifəni bağlatdırmaq lazımdır. Ümid edirəm ki, bu dələduzun dərsini verə biləcəyik. Öncədən təşəkkür edirəm", - deyə Namiq Qaraçuxurlu bildirib.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Zelenski Xarkova getdi

  • 16.05.2024 - 16:41